Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın vəziyyəti necədir? - Özü danışdı

Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın vəziyyəti necədir? - Özü danışdı

Tarix: 27 Sentyabr 2021 18:05

Koronavirusa yoluxmuş Şuşa Musiqili Dram Teatrının rəhbəri, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşdiyindən Zığ qəsəbəsindəki Modul Tipli Xəstaxanaya yerləşdirlib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Y.Muradov özünün hazırkı vəziyyəti ilə bağlı Modern.az-a açıqlama verib. O, vəziyyətinin orta-stabil olduğunu söyləyib:

"Vəziyyətim orta- stabildir. Modul tipli xəstəxanda yatılı vəziyyətdə müalicə alıram".

Qeyd edək ki, Y. Muradov 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur. O, vaxtilə ANS televiziyasında yayımlanan "Qulp" verilişinin aparıcı obrazlarından biri - "Aşıq Yedigar" kimi tanınıb.

Milli.Az


Etiketlər:  Koronavirusa yoluxmuş Aşıq Yedigarın vəziyyəti necədir Özü danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ