Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyunda geyindiyi gəlinliyi hədiyyə verdi - VİDEO

Toyunda geyindiyi gəlinliyi hədiyyə verdi - VİDEO

Tarix: 28 Sentyabr 2021 16:45

Türkiyəli müğənni Ece Seçkin pilot sevgilisi Çağrı Tərləməzlə ailə həyatı qurduqdan sonra gəlinliyini hədiyyə edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. O, toyunda geyindiyi 2 gəlinlikdən birini ötən gün konsertdən sonra pərəstişkarına bağışlayıb. 

"Nurten gəlinliyimi gördükdən sonra mənimlə əlaqə saxladı. Fotolarını və bədən ölçülərini mənə göndərdi. Dünən İzmirdə gerçəkləşən konsertimə gəldi. Həqiqətən də mənə oxşayan bir gəlin namizədi görmək çox həyəcanvericidir" deyə, o, bildirib.

Ece bundan başqa digər gəlinliyini də növbəti konsertində uyğun birinə hədiyyə edəcəyini açıqlayıb.


Etiketlər:  Toyunda geyindiyi gəlinliyi hədiyyə verdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ