Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yunanıstanda helikopter dənizə düşdü - Ölənlər arasında qadın və uşaq da var

Yunanıstanda helikopter dənizə düşdü - Ölənlər arasında qadın və uşaq da var

Tarix: 20 Avqust 2019 19:52

Bakı. Trend:

Yunanıstanda Poros adası yaxınlığında şəxsi helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə zamanı helikopterin pilotu və 2 sərnişin - qadın və uşaq ölüb.

Sərnişinlərin Rusiya vətəndaşı olduğu deyilir.

Şahidlərin sözlərinə görə, helikopter havada çevrilib, daha sonra partlayış olub və hava gəmisi dənizə düşüb.

Hazırda qəza yerində axtarışlar aparılır. Poros adası hadisədən sonra işıqsız qalıb.


Etiketlər:  Yunanıstanda helikopter dənizə düşdü Ölənlər arasında qadın uşaq da var


RƏYLƏR