Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Rusiyaya yola düşdü

Ərdoğan Rusiyaya yola düşdü

Tarix: 29 Sentyabr 2021 12:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə yollanıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Anadolu Agentliyi yayıb.

Məlumata görə, Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar aparmaq üçün Esenboğa hava limanından yola düşüb.

Tərəflər görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Milli.Az


Etiketlər:  Ərdoğan Rusiyaya yola düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ