Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada qazın qiyməti tarixi maksimuma çatıb

Avropada qazın qiyməti tarixi maksimuma çatıb

Tarix: 29 Sentyabr 2021 18:56

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 040 ABŞ dolları həddini ötüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, məlumata görə, 29 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 8% artaraq 1 045 dollara yaxınlaşıb. Oktyabr fyuçersinin qiyməti isə min kubmetr üçün 1 032 dollar təşkil edir.

Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları bir qədər üstələyirdi.


Etiketlər:  Avropada qazın qiyməti tarixi maksimuma çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ