Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 08:50
ABŞ-ın ən böyük hava yolu şirkətlərindən olan "United Airlines" da COVİD-19-a qarşı peyvənd olunmayan 600-ə yaxın əməkdaşını işdən çıxardıb.
"Şirkətin siyasətinə uyğun olaraq, peyvənd olunmaq istəməyən əməkdaşlarla yollarımızı ayırmaq qərarını vermişik", - deyə "United Airlines"ın açıqlamasında bildirilir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, şirkət səhhətində olan problemlə və dini inancı ilə əlaqədar peyvənd oluna bilməyən işçilərin sayının 2 min nəfər olduğunu bildirib. Ümumilikdə isə şirkətin 67 minlik personalı var.
Qeyd edək ki, bundan öncə ABŞ-da "Novant Health" xəstəxanalar zinciri COVID-19-a qarşı peyvənd olunmayan 175 tibb işçisinin işinə son verib.