Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 11:08
Süni intellekt dünyanın ən məşhur əsərlərindən birini 91,78 faiz ehtimalla saxta hesab edib. Söhbət Piter Paul Rubens tərəfindən çəkilən "Samson və Dalila" əsərindən gedir. Onun orijinalının Londonun Milli Qalereyasında olduğu düşünülür.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İsveçrənin "Art Recognition" layihəsinin iştirakçıları əsəri neyroşəbəkənin köməyi ilə təhlil ediblər. Rəsmi Rubensin 148 digər əsəri ilə bir neçə dəfə müqayisə edən süni intellekt hər dəfə bunun başqa bir rəssam tərəfindən çəkildiyi qənaətinə gəlib.