Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Mirhəmid Qasımlının doğum günü idi - VİDEO

Şəhid Mirhəmid Qasımlının doğum günü idi - VİDEO

Tarix: 30 Sentyabr 2021 14:50

İşğal altındakı torpaqlarımızın azad edilməsində onun da payı var. Söhbət 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan Mirhəmid Qasımlıdan gedir.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,1994-cü ildə Bakıda anadan olan Mirhəmid 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib, düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib. O, ötən il oktyabrın 21-də qəhrəmancasına şəhid olub.

Şəhidimizin 27-ci doğum günü 2-ci Fəxri xiyabandakı məzarı önündə anılıb. Anım günündə qəhrəmanımızın ailəsi, döyüş yoldaşları və Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Mirhəmid Qasımlının anası torpaqlarımızın düşmən tapdağından azad edilməsində övladının da payı olduğuna görə fəxarət hissi keçirdiyini deyir.

Qəhrəmınımızın döyüş yoldaşlarının sözlərinə görə, Mirhəmid daim ön sıralarda olmağa can atırdı. Çünki qisas hissi ilə alışıb- yanırmış.

Mirhəmid Qasımlı ölümündən donra ''Vətən uğrunda''  və ''Xocavəndin azad olunmasına görə'' medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Şəhid Mirhəmid Qasımlının doğum günü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ