Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 09:22
"Çağlarla matçdan öncə də danışdıq. Mənə uğurlar arzuladı və İngiltərə ilə bağlı nə lazım olsa, kömək edəcəyini dedi".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.
O, "Legiya"nın heyətində "Lester"ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra rəqibin heyətindəki türkiyəli futbolçu Çağlar Söyüncü ilə görüşməsindən danışıb:
"Çağlar uğurlu statistikamın olduğunu dedi. Sonra bir-birimizə telefon nömrələrimizi verdik".
Emreli qarşılaşmadan sonra geyindiyi və üzərinə 1:0 yazılmış formadan da söz açıb:
"Həmin forma "Legiya" klubunun ideyası idi. Artıq bu forma satışa çıxarılıb".