Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirin Qaracəmirli bələdiyyəsi örüş yerini satıb - Sakinlər narazıdır - VİDEO

Şəmkirin Qaracəmirli bələdiyyəsi örüş yerini satıb - Sakinlər narazıdır - VİDEO

Tarix: 1 Oktyabr 2021 13:16

Şəmkirdə illərlə kəndin ümumi örüş yeri olmuş torpaqlar bələdiyyə tərəfindən iki nəfərin mülkiyyətinə verilib. Buna görə də sakinlər arasında otlaq üstündə mübahisə yaranıb.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, söhbət Şəmkirin Qaracəmirli kəndindən gedir.

Mülkiyyətçi kimi qeydiyyata alınmış Vaqif və Qələndər adlı şəxslər həmkəndlilərini örüşdən istifadə etməyə icazə vermirlər.

Sakinlərin iddiasına görə, 2005-ci ildə bu ərazilərin örüş yeri kimi sərhədləri müəyyən edilib və müddətsiz olaraq ümumi istifadəyə verilib. Məsələ ilə bağlı verilən qərar sakinlər və bələdiyyə tərəfindən aktlaşdırılıb.

Kənd sakini Nizami Məmmədov isə ümumi qərarla örüşə cavabdeh şəxs təyin edilib. 2015-ci ildə həmin ərazilər Qaracəmirli bələdiyyəsinin qərarı ilə bir neçə şəxsin istifadəsinə verilib.

Örüş yerini şəxsi mülkiyyətinə keçirmiş şəxslər tərəfindən ərazidə sakinlərin inşa etdiyi yardımçı tikili uçurulub. Onların əmlakı və şəxsi əşyalarına ziyan vurulub. Yeni mülkiyyətçilər - Vaqif və Qələndər adlı şəxslər isə səsləndirilən iddialara münasibət bildirməkdən imtina etdilər.

Qaracəmirli kənd bələdiyyəsinin üzvü Akif Hacıyev bildirib ki, örüş sahəsinin şəxsi mülkiyyətə verilməsi ilə bağlı qərar qanunauyğundur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Şəmkirin Qaracəmirli bələdiyyəsi örüş yerini satıb Sakinlər narazıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ