Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 13:33
Xəbər verdiyimiz kimi, müğənni Səyyad Əlizadə ötən gün axşam saatlarında dünyasını dəyişib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, onun ölüm xəbəri sənət dostlarını da kədərləndirib. İfaçılar onunla bağlı paylaşımlar ediblər.
Əməkdar artist Mətanət İsgəndərli "Allahım, necə acı xəbərdi... Necə ağır həyatdı... İncəsənətimiz necə gözəl sənətkarlarını itirir, dünyamız gözəl insanları yola salır.... Allah sənə rəhmət etsin, əziz qardaşım... Allah ailənə səbr versin" deyə, paylaşımında qedy edib.
Əməkdar artist Könül Kərimova isə "Çox pis olmuşam. Belə zülm olar? Nə deyim, nə yazım? Nə qədər olar axı? Nitqim tutulub... Heyif səndən qardaş. Əziz insan, yerin behişt olsun" sözləriylə mərhumu xatırlayıb.
Əməkdar artist Aybəniz Haşımova isə S.Əlizadə ilə bağlı "Buda son... Bir gözəl insan, sənət aşığı də qurbanı oldu koronovirusun. Heç bir sözüm qalmadı daha, heyif Səyyad bəydən. Çox gözəl insan idi" sözlərini yazıb.
Müğənni Nadir Qafarzadə isə mərhum həmkarı haqqında "Səyyad Əlizadəni də itirdik. Gözəl insan, bu etibarsız dünyadan canın qurtardı. Ədalətsiz və amansız dünya, sən nələrə qadirsən. Yerin cənnət olsun, qardaş" sözlərini qeyd edib.
Əməkdar artist Vasif Məhərrəmli isə "Heyif səndən, ey gözəl insan. Sənətkar, yerin behişd olsun. İnanın, çox üzüldüm, bəlkə də dünyada belə gözəl insan yox idi" sözləri ilə S.Əlizadəni yad edib.