Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yoxsul ölkədə “Maserati” qalmaqalı

Yoxsul ölkədə “Maserati” qalmaqalı

Tarix: 2 Oktyabr 2021 08:54

Dünyanın ən yoxsul ölkələrindən biri olan Papua-Yeni Qvineyada 2018-ci ildə keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Zirvəsində dünya liderlərinin diqqətini çəkmək üçün hökumətin aldığı 40 "Maserati" markalı avtomobil öz qiymətindən ucuz satışa çıxarılıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, ölkə rəhbərliyinin qərarına əsasən, 3 il əvvəl biri 141 min dollara satın alınan lüks avtomobillər indi 114 min dollara təqdim olunur.

Həmin vaxt sözügedən avtomobillər üçün 5,6 milyon dollar xərclənilib və bu maşınlar Zirvə günlərində dünya liderlərini gəzdirib.

Ölkənin maliyyə naziri Sir Con Pundari həmin vaxt 5,6 milyon dolların bu maşınların satın alınmasına xərclənilməsini qorxunc bir səhv adlandırıb.

Qeyd edək ki, lüks maşınlar Şri-Lankadakı "Maserati" filialının vasitəçiliyi ilə alınmışdı. Həmin vaxt ölkəyə 3 ədəd "Bentley" də gətirilmişdi. Bundan başqa, 3 il əvvəl fərqli modellərdə daha 241 avtomobil satın alınmışdı.

Xatırladaq ki, Papua-Yeni Qvineya əhalisinin 40 faizi gündəlik bir dollar belə qazana bilmir. Bu səbəbdən hökumətin üç il əvvəl atdığı addıma görə keçirilən etiraz aksiyalara minlərlə insan qatılmışdı. Bundan sonra bir sıra ölkə başçıları sözügedən avtomobillərin xidmətindən imtina etmişdi.


Etiketlər:  Yoxsul ölkədə Maserati qalmaqalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ