Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2021 22:48
Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti matçına çıxıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi 10-cu turda səfərdə Qdansk "Lexiya"sı ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.
Mahir görüşün 46-cı dəqiqəsində meydana daxil olub. "Legiya"nın yeganə qolunu 88-ci dəqiqədə Tomas Pekhart vurub. O, penaltidən fərqlənib.
Bu nəticədən sonra "Lexiya" 19 xalla turnir cədvəlində 2-ci, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 9 xalla 15-ci pillədədir.