Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Tarix: 6 Oktyabr 2021 09:36

Bu ilun yekununda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin yekunu ilə müqayisədə 5% çox olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.

Xatırladaq ki, qurum iyunda açıqladığı hesabatda 2021-ci ildə Azərbaycanda 2,2% iqtisadi artım olacağını bəyan etmişdi.

Dünya Bankı 2022-ci ildə Azərbaycan iqtisadiyyatının 3,1%, 2023-cü ildə isə 2,7% böyüyəcəyini proqnozlaşdırır. Bu isə, iyun proqnozu ilə müqayisədə müvafiq olaraq 0,8% və 0,7% azdır.

Milli.Az


Etiketlər:  Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb


RƏYLƏR