Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dayanacaq var, amma ərazidən avtobus keçmir - Sabunçu sakinləri çətinlik çəkir - VİDEO

Dayanacaq var, amma ərazidən avtobus keçmir - Sabunçu sakinləri çətinlik çəkir - VİDEO

Tarix: 6 Oktyabr 2021 15:02

Bakıda dayanacaq olan ərazidən sərnişin avtobusu keçmir. Sıx məskunlaşma olan ərazidə insanlar əməlli-başlı əziyyət çəkirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Sabunçu rayonu, "Albalılıq-1" adlanan yaşayış massivindən gedir.

Ərazidə yaşayanlar bildirirlər ki, uzun illərdir buraya avtobus işləmir. Nəticədə insanlar işləri üçün çıxarkən ya kilometrlərlə piyada getməli, ya da taksiyə minməlidirlər.

Üstəlik, həmin ərazidəki orta məktəbin uzaqda olması valideynləri və məktəbliləri daha da əziyyətə salır. Şagirdlər ya məktəbə gecikirlər, ya da valideynləri əlavə xərcə düşüb, taksi sifariş etməli olurlar.

Sakinlərin istəyi onlar üçün marşrutun ayrılması və mövcud problemin həll edilməsidir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, sakinlərin müraciəti nəzərə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə araşdırma aparılacaq. Orada ictimai nəqliyyata tələbat tam araşdırıldıqdan sonra alınan qərara uyğun addım atılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Dayanacaq var amma ərazidən avtobus keçmir Sabunçu sakinləri çətinlik çəkir VİDEO


RƏYLƏR