Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 17:50
Əfsanəvi boksçu Məhəmməd Əlinin nadir eskiz və rəsm kolleksiyası təxminən 1 milyon dollara satılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, mərhum boksçunun çəkdiyi 26 əsər Nyu-Yorkda hərraca çıxarılıb. "Arı kimi sancmaq" adını verdiyi rəsm 425 min dollara alıcı tapıb. Bu da satış öncəsi təxmin edilən qiymətdən 10 dəfə çox olub.
Məhəmməd Əlinin 1967-ci ildə İslam və Xristianlığı müqayisə edən eskizi 24 min dollara, 1979-cu ildə üzərində "Səni sevirəm Amerika" sözləri yazılmış rəsm əsəri isə 150 min dollara satılıb.
Əsərlərin ümumi qiyməti gözlənilən məbləğdən 3 dəfə çox olmaqla 945 min 524 dollar təşkil edib.
Qeyd edək ki, məşhur boksçu 2016-cı ildə 74 yaşında parkinson xəstəliyindən dünyasını dəyişib.