Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 09:12
Azərbaycanda polis polkovnik-leytenantı vəfat edib.
Sonxeber.net bildirir ki, bu barədə Oxu.az-a onun ailə yaxınları məlumat verib.
Qeyd edilib ki, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən polis polkovniki Qədirov Maksim Süleyman oğlu bu gecə dünyasını dəyişib.
Qeyd edək ki, Qədirov Maksim 1946-cı ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.
Xidməti illərində müxtəlif vəzifələrdə çalışıb. 1979-1984-cü illərdə Kəlbəcər Rayon Polis Şöbəsinin, 1994-1996-cı illərdə Laçın Rayon Polis Şöbəsinin, 1996-2005-ci ilə qədər isə Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.