Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2019 09:24
Bakı. Trend:
Avqustun 21-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) 50101776S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26 faiz) olan 28 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 617 588 900.00 AZN olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib.
Notlar sentyabrın 18-də ödəniləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin