Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stiven Kenni: ''Azərbaycan millisi çox təhlükəli rəqibdir''

Stiven Kenni: ''Azərbaycan millisi çox təhlükəli rəqibdir''

Tarix: 9 Oktyabr 2021 23:08

"Bu gün qələbə qazanmaq önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Azərbaycan çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir"

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycana 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, meydan sahibləri ikinci hissədə topa sahib olsa da, 100 faizlik qol epizodları yarada bilmədi: "İlk hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci yarıda çox ağıllı oynadıq. 3-cü qolu daha tez vura bilərdik. Amma sonuncu dəqiqədə gəldi. Komandada inkişaf gedir. Hazırda əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq".

Kenninin sözlərinə görə, maçtdan öncə 3:0 hesablı qələbə qazanacaqlarını desəydilər, inanmazdılar: "Möhtəşəm oyun oldu. Nətəcəyə görə xoşbəxtik. Azərbaycanla ev matçından sonra tənqidlə üzləşmişdik. Amma son 3 görüşdə öz oyunumuzu tapdıq".


Etiketlər:  Stiven Kenni Azərbaycan millisi çox təhlükəli rəqibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ