Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər insan öz çəkisinə uyğun miqdarda nar yeməlidir - Sutkalıq norma

Hər insan öz çəkisinə uyğun miqdarda nar yeməlidir - Sutkalıq norma

Tarix: 10 Oktyabr 2021 19:54

İnsan gündə neçə ədəd nar yeyə bilər?

İnsan üçün bu rəqəmi hesablamaq kifayət qədər çətindir. Amma siçanlar üçün artıq hesablayıblar. Hər kiloqram başına 5 qram.

Məsələn, 100 kq çəkidə olan bir insan gündə 500 qram təmiz nar şirəsi qəbul edərsə, faydalı təsiri başlayacaqdır.

Sonxeber.net bildirir ki, narın tərkibi kalium, fosfor, kalsium, natrium, dəmir kimi minerallarla, həmçinin A, B1, B2, B3, C vitaminləri ilə zəngindir.

Tərkibindəki kalium və natrium bədənimizin su balansını qoruyur, kalium həm də yığılmış artıq mayeni və ödemləri xaric edir, ürək, qan-damar sistemini qüvvətləndirir, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradır.

Nar mədənin divarlarını içdən təmizləyir və əzələsini möhkəmləndirir. Nar ürək əzələsinin vurma gücünü artırır, ishalın qarşısını alır, qabığı qurdqovucu təsir göstərir. Nar şirəsini buruna tökən zaman burundakı poliplər kiçilməyə başlayır.

Öskürək zamanı şirin nar yeyilməsi öskürəyi kəsir, ağciyərləri təmizləyir.

Turş nar isə ürəkbulanmanı azaldır, sidikqovucu təsir edir, mədə və qida borusundan qaynaqlanan ağız qoxusunun qarşısını alır.

Öd durğunluğu zamanı turş nar yemək faydalıdır. 1 ədəd orta ölçülü narın şirəsini çəkin, bir o qədər bal ilə qarışdırıb 5 dəqiqə qaynadın, alınan qarışımı göz xəstəlikləri zamanı sürmə kimi gözünüzə çəkin, sağalmaz ağız və damaq yaralarının üstünə çəkin. Bu qarışımı dırnaq dibinin iltihabı zamanı şişmiş nahiyənin üzərinə qoyanda iltihab sorulur.

Nar qanda yüksəlmiş xolesterini aşağı salır, damarların mənfəzini təmizləyir, beyin qan dövranını yaxşılaşdırır, yaddaşı və zehni qabiliyyəti gücləndirir, qanı durulaşdırır, artmış ürək döyüntülərini normallaşdırır.

Nar qabığını suda 5 dəqiqə qaynadıb, bir az bal əlavə edib koliti və bağırsaqdakı yaraları müalicə etmək olar, bu qarışım çox güclü ishalkəsicidir. Şirin nar qabığını qurudub, qəhvəüyüdəndə üyüdərək toz halına salıb, sulu yaraların üzərinə tökən zaman yaralar həm sulanmır, həm də tez sağalır. Bu tozu zeytun yağı ilə qarışdırıb yaraların üzərinə məlhəm kimi çəkmək olar.

Amma burada diqqəti çəkən bir məqam daha vardır. Nar nə qədər faydalı olsa da, onun zərərləri də mövcuddur. Tərkibindəki meyvə şəkəri - fruktozanın ifrat qəbulunun artıq çəki və şəkərli diabet əmələ gəlməsindəki rolundan tutmuş, pelletrein və onun bənzəri polifenolların genlər üzərindəki toksik təsirinə qədər müxtəif zərərləri də görülüb.

Fayda görmək üçün hər şeydə qızıl ortanı tapmaq daha yaxşı fikirdir. /aztibb.az/


Etiketlər:  Hər insan çəkisinə uyğun miqdarda yeməlidir Sutkalıq norma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ