Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2021 23:30
Hər il 29 sentyabr tarixi Beynəlxalq ürək sağlamlığı günü kimi qeyd olunur.
Sonxeber.net bu əlamətdar günlə bağlı orqanizmin mühərriki ürəyin sağlamlığı üçün ÜST və alimlərin ən faydalı məsləhətlərini təqdim edir.
Süd ürəyə ziyandır, yoxsa?...
Beynəlxalq elmi komanda süd və süd məhsullarının ürəyin işinə təsirini araşdırıb.
Onlar 17 ölkənin 5000-dən çox əhalinin tibbi məlumatlatını incələyiblər.
Nəticələr gözlənilməz olub: yüksək yağlı süd və süd məhsulları qəbul edən şəxslərdə ürək-damar xəstəliklərinə daha az rast gəlinib, nəinki yağsız süd məhsulu və ya heç qəbul etməyən insanlar. Əksinə çoxları düşünür ki, yağlı süd məhsulu, xama xolesterini artırır, damarları tutur. Alimlər bu qənaətə gəliblər ki, qaymaq, kəsmik, yağlı xama və s. ürək-damar üçün faydalıdır.
Qəhvə ürəyi gənc saxlayır?
Avropa kardioloqlar cəmiyyəti təsdiq edib ki, gündə 1-2 orta fincan, çox tünd., acı olmayan qəhvə içmək insult və infarkt riskini 21% azaldır. Onlar 450 min pasiyenti 20 il izlədikdən sonra bu qənaətə gəlib. Yaxşı kofe içənlərdə infarkt, insult nadir halda və çox yaşlı olanda baş verib.
Qırmızı şərab ürəyə faydalıdırmı?
Kaliforniya alimləri bir qədəh şərabın ürəyə mənfi təsir etdiyini sübut edib. Çox şərab içənlərin ürəyinin fibrilyasiyası pozulur, ürək ritmi artır.
Bu vaxta kimi bir çox uzun ömür sürənlərin qırmızı şərab içdikləri qeyd olunurdu.
Ürək qozu sevir, hər gün yeyin
Hər gün yarım ovuc qoz, badam yeyən yaşlı adamlarda lipoproteinlərin, xolesterinin səviyyəsi azalır, ürək daha sağlam olur.
Amerikalı kardioloqlar tədqiqat nəticəsində sübut edib ki, müntəzəm çərəz yeyənlərdə omeqa3-6 turşuları yetərli qədər olur, ürək-damar sisteminə yaxşı təsir edir.
Bacardıqca çox su için
Avropa alimləri orqanizmi gün ərzində və ömür boyu normal su, maye ilə təmin etdikdə ürək problemlərinin qarşısını aldığını bildirir.
Qadınlar gündə 1,5 litr ən azı, kişilər isə 2 litr təmiz su içməlidir. Çay, qəhvə bura aid deyil. /medicina.az