Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2021 13:03
"Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Bu, çox əlamətdar hadisədir".
Sonxeber.net-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında "Müstəqlillik Günü haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, indiki qüvvədə olan sənədlərə görə 28 May qeyri-iş günü və 18 oktyabr iş günüdür: "Mən bunlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. Dövlət bayramı gününün qeyd edilməsi Prezidentin fərmanında varsa, onun peşə günü kimi qeyd edilməsini istəmirik. Hər iki bayram günü qeyri-iş günü kimi qeyd edilməlidir".