Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2021 15:55
Altın Portağal Film Festivalının mükafatlandırma mərasimində qalmaqallı anlar yaşanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, tədbirdə aktyor Tamer Karadağlıyla "Zuhal" filmindəki rolu ilə "İlin ən yaxşı aktrisası" adına layiq görülən Nihal Yalçın arasında gərginlik yaranıb.
Nihalın çıxışı zamanı mükafatı vermək üçün arxasında gözləyən aktyor bir neçə dəfə saatına baxaraq müxtəlif mimik hərəkətlər edib və sonda aktrisa sözlərini bitirmədən mükafatı ona uzadıb.
"Kim verdi mükafatı? "Sus" dediniz? Artıq "sus" deyirsiniz?" - deyə, aktrisa Nihal Tamerin bu hərəkətinə anlam verə bilməyib.
Taner mükafatı aldıqdan sonra çıxış etməli olduğunu xatırlatmaq üçün "Mükafatınızla birlikdə danışın, qaldırın və zəfər çıxışınızı edin" cavabını verib.
Sosial media izləyiciləri iki sənətçi arasındakı gərginlikdə ikiyə bölünüb. Amma sonda hər kəs Tamerə haqq qazandırıb.
Aktrisanın ünvanına "Tamer Karadağlı haqlı imiş", "Çox yersiz hərəkətdir", "Beləliklə Nihal ona qarşı edilən hərəkətin necə doğru olduğunu sübut etdi" kimi şərhlər yazılıb.
Qeyd edək ki, Nihal hazırda "Kırmızı oda" serialında Rezzan obrazını canlandırır.