Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ov mövsümü başladı: nəyi və neçə dənə ovlamaq olar? - VİDEO

Ov mövsümü başladı: nəyi və neçə dənə ovlamaq olar? - VİDEO

Tarix: 12 Oktyabr 2021 17:18

Azərbaycanda ov məsələləri üzrə koordinasiya şurasının iclası keçirilərək ov mövsümü açıq elan edilib. Bəs kimlər, harda və necə ov edə biləcək?

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, artıq üç gündür ki, rəsmi olaraq ov mövsümünə start verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, aidiyyəti dövlət qurumlarının və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün açılması qərara alınıb. Ov etmək istəyən, müvafiq qaydada silahları olan şəxslər lazım olan sənədlərlə birlikdə "Asan Xidmət"ə müraciət edərək ovçuluq üçün bilet almalıdır. Bundan sonra növünə və miqdarına görə müvafiq rüsumlar ödənilərək  ov etmək olar.

Ovçu əldə etdiyi lisenziya ilə bilir ki, hansı növ heyvanı hansı ərazidə və nə qədər ovlaya bilər. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyir ki,  ov müəyyən olunmuş ərazidə və təyin olunmuş vaxtda aparılmalıdır. Bir ovçunun sənədindən digər ovçu istifadə edə bilməz. 

Qoruqlarda, milli park ərazilərində ov edilməsi yol verilməzdir. Peşəkar ovçular da sadalanan qaydalardan xəbərdar olduqlarını deyirlər. Onlar bu işə yeni başlayanlara təcrübəli ovçu kimi məsləhət verirlər.

Qeyd edək ki, ov qaydasının pozulması həm inzibati, həm də cinayət əməli kimi qiymətləndirilir. Qaydaları pozan ovçular inzibati qaydada 400-1000 manat məbləğində cərimə olunur. Əgər qırmızı kitaba düşən heyvan ovlanırsa  artıq həmin şəxs barəsində cinayət işi başlanır. 


Etiketlər:  mövsümü başladı nəyi neçə dənə ovlamaq olar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ