Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 00:00
Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyata dair hesabatının oktyabr sayını dərc edib.
Hesabatda cari ildə Türkiyə iqtisadiyyatının artım səviyyəsi üzrə gözlənti 5.8%-dən 9%-ə yüksəldilib. 2022-ci il üzrə artım proqnozu isə 3.3% səviyyəsində saxlanılıb.
Sənədə əsasən, Avrozonada 2021-ci ildə 5%, növbəti ildə 4.3%, ABŞ-da isə bu il 6%, 2022-ci ildə isə 5.2%-lik iqtisadi yüksəlişin yaşanacağı bildirilib.
Dünya iqtisadiyyatına gəlincə, fondun ekspertlərinin fikrincə, sona yaxınlaşan 2021-ci ildə 5.9%, qarşıdan gələn 2022-cil ildə isə 4.9%-lik artım müşahidə olunacaq.