Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 09:12
Niderlandda kral taxtının varisləri taxt hüququnu itirmək qorxusu olmadan istənilən cinsdən olan insanlarla evlənə bilərlər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Niderland Baş naziri Mark Rutte parlamentə yazdığı məktubda bildirib.
"Hökumət əmindir ki, taxt varisi eynicinsli nikaha girə bilər. Nazirlər kabineti bunun üçün taxt varisinin, yaxud kralın taxtdan imtinasını vacib bilmir", - deyə məktubda yazılıb.
Qeyd edək ki, Niderlandda eynicinslilərin evliliyi 2001-ci ildə qanuniləşdirilib.