Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Lavrovla görüşdü - FOTO

Ceyhun Bayramov Lavrovla görüşdü - FOTO

Tarix: 14 Oktyabr 2021 15:45

14 oktyabr 2021-ci il tarixində Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.

Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Lavrovla görüşdü FOTO


RƏYLƏR