Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

De Byazi bu yığmanı çalışdırmaq istəyir - Özü açıqladı

De Byazi bu yığmanı çalışdırmaq istəyir - Özü açıqladı

Tarix: 14 Oktyabr 2021 17:56

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Kosovo yığmasının sükanı arxasına keçmək istəyir.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu barədə "indeksonline" nəşrinə açıqlamasında sözügedən kollektivə başçılıq etməyə hazır olduğunu bildirib: "Mənə belə bir təklif gəlsə, qəbul edərəm. 1 aydan sonra AFFA ilə müqaviləm başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı".

Qeyd edək ki, Şalland 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrdən sonra istefaya göndərilib. 


Etiketlər:  Byazi yığmanı çalışdırmaq istəyir Özü açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ