Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ayaqyoluna getmək istəyəndə deyəcəm'' - İki xanım aparıcı canlı yayımda... - FOTO

''Ayaqyoluna getmək istəyəndə deyəcəm'' - İki xanım aparıcı canlı yayımda... - FOTO

Tarix: 15 Oktyabr 2021 10:40

"Bizdə qəribə bilirsiniz nədir? Klip çəkəndə və yaxud da hansısa başqa bir layihə edəndə çalışırıq ki, heyət az olsun. "İki nəfərə bu işi görə bilərik görəsən?", ən birinci sual budur. Bizdə 5 A4 siyahı verirlər, amma çəkiliş məkanında 3 adam olur. Türkiyədə isə bir klipin üzərində 70 nəfər insan əməyi var. Bu rəqəm orada hələ ən az heyyət sayılır: İşıq, işığı qaldıran, işığı tutan, işığa istiqamət verən, işığı yoxlayan, işığın qarşısındakı filtirləri dəyişən... Amma biz hələ də o dövürdə qalmışıq ki, heyyət nə qədər az olsa, o qədər də az pulumuz çıxar". 

Sonxeber.net xəbər verir ki, bunu aparıcı Zümrüd Bədəlova Vüsalə Əlizadənin "7 Canlı" verilişində qonaq olarkən deyib.

Aparıcı Vüsalı xanım həmkarının sözlərinə haqq qazandırıb:

"Çox doğrudur. Düşünün ki, Türkiyədə bir böyük qrupa baxan ayrıdır, bir də ondan başqa kənardan çəkilişdə iştirak edən aktyor heyyətinə diqqət edən şəxslər ayrıdır ki, bəlkə kiminsə köynəyinin yaxalığı yaxşı durmayıb. Hərdən görürsən ki, bunu görmədilər, hamının gözündən qaça bilər. Amma kənarda bir neçə adam da ayrılır ki, onlara nəzarət etsin".

Zümrüd Türkiyədə çəkiliş qrupunun işindən və iş keyfiyyətindən danışarkən hər kiçik detalın düşünüldüyü barədə danışarkən ilginc bir məqama da toxunub: "Vüsalə, hələ bir adam da ayrılır ki, hə dəqiqədən bir soruşur ki, ayaqyoluna getmirsiniz? Hələ onlar da var". 

Vüsalə həmkarının sözünə canlı efirdə "Denən, onu özümüz istəyəndə deyəcəyik, narahat olma" deyərək, reaksiyası ilə təəccübləndirib.

Məhəmməd Vaqif


Etiketlər:  Ayaqyoluna getmək istəyəndə deyəcəm İki xanım aparıcı canlı yayımda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ