Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb - FOTO

IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb - FOTO

Tarix: 16 Oktyabr 2021 21:00

Oktyabrın 16-da Moskvada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyətinin sədri və BMT Ətraf Mühit Proqramının (UNEP) xöşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyacheslav Fetisov arasında görüş keçirilib.

Milli.Az bildirir ki, görüş çərçivəsində IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Niyyət Sazişi imzalanıb. Sözügedən saziş ekologiya və dayanıqlı inkişaf sahəsində təhsil və maarifləndirmə, gənclərlə iş və onların ekoloji problemlərin həllinə cəlb edilməsi və s. istiqamətlərdə birgə səy və layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Söhbət zamanı tərəflər təbiətin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə ölkələrimizdə və beynəlxalq səviyyədə birgə təşəbbüslərin uğurla həyata keçiriləcəyinə əminlik ifadə ediblər.

Həmçinin, yaxın vaxtlarda Qlazqoda keçiriləcək BMT-nin iqlim konfransı ilə bağlı ümid və gözləntilər, eləcə də qlobal istiləşmə ilə mübarizə sahəsində birgə fəaliyyət və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ