Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diabet xəstələri üçün XALQ TƏBABƏTİ VASİTƏLƏRİ

Diabet xəstələri üçün XALQ TƏBABƏTİ VASİTƏLƏRİ

Tarix: 28 Oktyabr 2021 22:21

2-ci tip şəkərli diabet çox yayılmış və müxtəlif ağır fəsadlar verən xəstəlikdir.

Lakin həkimlərin fikirinə görə, müəyyən şərtlərə əməl etdikdə bu xəstəliyə tam kontrol etmək, xəstəliyin fəsadlarının riskini minimuma çatdırmaq mümkündür.

Şəkərli diabet xəstəsi şəkərin səviyyəsinə daim nəzarət etməli, pis vərdişlərdən imtina etməli, mütləq müəyyən pəhriz saxlamalıdır. Pəhriz bu xəstəlik zamanı müalicənin tərkib hissəsidir. Şəkərli diabet xəstələri üçün ən faydalı məhsullar: kələm, xiyar, lobya, soğan, turp, kahı, cəfəri, kərəviz, turş alma, sitrus meyvələri (xüsusilə qreypfrut), böyürtkən, qoz, sıyıqlar (xüsusilə qarabaşaq, yulaf yarması sıyıqları), yağlılğı az olan süd məhsulları.

Qanda şəkərin səviyyəsini tənzimləyən bir çox xalq təbabəti üsulları mövcuddur. Müalicəvi effekt almaq üçün bu vasitələrdən 2-4 həftə ərzində istifadə etmək lazımdır. Vasitələri növbələşdirmək olar. Təbii ki, istənilən vasitəni istifadə etdikdən əvvəl mütləq endokrinoloqla məsləhətləşmək lazımdır.

Xalq təbabəti qanda şəkərin səviyyəsinin tənzimlənməsi üçün bu kimi vasitələri tövsiyə edir:

- 2 xörək qaşığı üyüdülmüş qarabaşaq 1 stəkan yağlılığı az olan kefirdə qarışdırın və səhər və axşam qida qəbulundan 40 dəqiqə əvvəl qəbul edin.

- Dəfnə yarpaqları dəmləməsi: axşamdan termosda 10 dəfnə yarpağı 1/2 l qaynar suda dəmləyin və növbəti gün hər qida qəbulundan 30 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla için.

- Qara qarağat, böyrütkən yarpaqların dəmləmələri də çox yaxşı effekt verir.

- 1 xörək qaşığı yemişan 1 fıncan qaynar suda dəmləyin və qida qəbulundan əvvəl çay kimi içilir.

- İtburnu dəmləməsi çox təsirli vasitədir. 5 xörək qaşığı itburnu yaxşı əzin və axşamdan termosda 1 l qaynar suda dəmləyin. Səhər bir neçə dəfə yaxşı süzün və gündə 3 dəfə qida qəbulundan əvvəl stəkanın 1/3 hissəsi olmaqla için.

- 1 xörək qaşığı qoz qabıqlarının arakəsmələri 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və hər qida qəbulundan əvvəl 1 xörək qaşığı olmaqla içilir.

- Səhər və axşam qida qəbulundan əvvəl stəkanın 1/3 hissəsi olmaqla yerarmudu şirəsini için.

- Adi soğan qanda şəkərin səviyyəsini çox yaxşı tənzimləyir. Gündə 2 dəfə qida qəbulundan əvvəl 1 xörək qaşığı soğan şirəsini için. Soğanın iyi sizi narahat edirsə, digər üsuldan istifadə edin: 1 baş soğan sobada bişirin (qabıqlı), soyun və gündə 1 dəfə yeməkdən əvvəl yeyin.

- 1 xörək qaşığı yonca çiçəkləri və yarpaqları 1 stəkan qaynar suda 3 saat ərzində dəmlənilir və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edilir.

- 1 xörək qaşığı zirinc 1 stəkan qaynar suda dəmlənilir və gündə 3 dəfə qida qəbulundan əvvəl 2 xörək qaşığı olmaqla içilir.

- Yulaf qanda şəkərin səviyyəsini tənzimləməyə yaxşı kömək edir. Bunun üçün 1 stəkan yulafın üzərinə 1 l qaynar su əlavə olunur və vam odda kip bağlı qazanda 20 dəqiqə ərzində qaynadılır. 1 saatdan sonra suyu süzün və gündə 3 dəfə qida qəbulundan əvvəl  stəkanın 1/3 hissəsi olmaqla için.


Etiketlər:  Diabet xəstələri üçün XALQ TƏBABƏTİ VASİTƏLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ