Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 05:35
Komediya aktyoru Əlixan Rəcəbov yeni filmini çəkməyə hazırlaşır.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, ekran işi "Sonuncu şam yeməyi" adlanır. Filmdə yer alacaq simalar isə kifayət qədər populyar və kino arenasında sözünü demiş şəxslərdir.
Belə ki, ekran işində Xalq artistləri Səidə Quliyeva, Şamil Süleymanov, Ramiz Novruz, Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Elcan Rəsulov, Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Azər Aydəmir, Cavidan Novruz və Nicat Rəhimov yer alacaq.
Aktrisa Sevinc Əliyeva, həmçinin, gənc həmkarları Şəhanə Rzayeva və Lalə Süleymanova da filmdə iştirak edəcək.
"Sonuncu şam yeməyi"nin aktyor komandasında sosial media vasitəsilə məşhurlaşan Fuad İskəndərov və Mənsur Şərif də var.
Filmdə diqqətçəkən digər şəxs isə meyxanaçı Pərviz Bülbülədir.
Qeyd edək ki, "Sonuncu şam yeməyi"nin ssenari müəllifi və rejissoru Əlixan Rəcəbovdur. Filmin çəkilişləri noyabrın sonuna planlaşdırılır.