Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 07:38
Rusiyada saxta spirtli içkilərin və siqaretlərin qanunsuz dövriyyəsində təqsirləndirilən 53 yaşlı azərbaycanlı barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, ötən ilin mart ayından Volqoqradda yaşayan 53 yaşlı azərbaycanlı tanınmış brendlərin adlarından istifadə edərək alkoqol və tütün məmulatlarının marketinqi və pərakəndə satışı məqsədi ilə alınması, saxlanması və daşınmasını təşkil edib.
O, naməlum şəxslərdən etil spirti və şüşə qablar alıb, sonra isə Voroşilovski rayonundakı fərdi yaşayış evində yeraltı sexdə antisanitar şəraitdə saxta spirtli içkilər hazırlayıb. Həmin içkilər Volqoqradın şimalında yerləşən 2 pərakəndə satış məntəqəsində satılıb.
Ötən ilin dekabrında polis qanunsuz fəaliyyətin qarşısını alıb.
Axtarışlar zamanı mühafizəçilər həmin şəxsdən bankalarda etil spirti, ümumilikdə 980 min rubl dəyərində 3 min şüşədən çox spirt, həmçinin 200 qutu saxta siqaret götürüblər.
Yeraltı sexdə lisenziyası olmayan 2 min şüşədən çox etiketli spirtli içki ələ keçirilib.
Müsadirə edilən içkilərin ümumi məbləği bir milyon rublu keçib.
53 yaşlı azərbaycanlını 5 ilə qədər həbs gözləyir. O, günahını etiraf edib. Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.