Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 11:40
Azərbaycanın valyuta bazarı sabitdir və manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur.
Sonxeber.net xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, manatın dayanıqlığı artıb və AMB tərəfindən manatın devalvasiyası ilə bağlı heç bir qərar verilməyəcək və hətta manata mövcud olan təzyiqlər tədricən səngiyir.
Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov deyib ki, 2021-ci ilin yekunlarına əsasən Azərbaycanda inflyasiya orta hesabla 6,2-6,5 faiz səviyyəsində gözlənilir.
O bildirib ki, gələn il orta inflyasiya 5,6 faiz səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu gün uçot dərəcəsinin 6,5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.
Dəhlizin aşağı həddi 6% saxlanılıb, yuxarı həddinin isə 7%-dən 8%-ə yüksəldilməsi qərara alınıb.