Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 04:34
"Barselona" klubunda istefaya göndərilən baş məşqçi Ronald Kumandan sonra bir neçə futbolçuyla da yollar ayrıla bilər.
Sonxeber.net komanda.az-a istinadən bildirir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, "Barselona" rəhbərliyinin Jerar Pike, Serxio Buskets və Jordi Alba ilə yolları ayırmağı düşündüyü bildirilib.
Futbolçuların performansı rəhbərliyi məmnun etmir. Sözügedən futbolçular qışda klubu tərk edə bilər.