Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 17:55
Bir müddət əvvəl ARB TV ilə yollarını ayıran Əməkdar artist Dilarə Əliyeva yenidən işinə qayıdıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, aparıcı kanal rəhbərliyi ilə müzakirələrdən sonra TV-də qalmaq qərarına gəlib.
O, növbəti həftələrdə də "Söhbət var" proqramı ilə tamaşaçı qarşısına çıxacaq.
Bu razılıqdan sonra dünən D. Əliyeva və ARB TV mətbuata təkzib açıqlaması verib. Onların sözlərinə görə, guya ayrılıq məlumatları iddiadır və həqiqəti əks etdirmir.
Halbuki, D. Əliyeva bir neçə həftə bundan əvvəl qərarını verərək TV-dən getmək istəyini bildirmişdi. O, hətta Xəzər TV ilə danışıqlara başlamışdı.