Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həmin pullardan xəbərim yoxdur'' - Xatirə

''Həmin pullardan xəbərim yoxdur'' - Xatirə

Tarix: 30 Oktyabr 2021 18:35

"Arıqladım, yenidən kökəldim. Amma yenə də atdım çəkimi. Çox istəyirəm ki, əkiz qızlarım olsun. Hazırda başım ancaq buna qarışıqdır".

Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Xatirə İslam deyib. Qız anası olmaq istəyən sənətçi son günlər "food bloger" kimi çalışmasından bəhs edib:

"Səhifəni açanda düşünürdüm ki, daha səliqəli, gözəl yeməklər hazırlayım. İnsanlara yeni mahnı göstərəndə az baxış olur, nəinki yemək. Onu açandan imkan olmadı ki, səliqəli iş görüm. Yenə də baxış əla gedir. Amma evimdə çəkiliş üçün məkan düzəldəcəm. Orada peşəkar çəkiliş edib, bu işi daha da keyfiyyətli təqdim edəcəm. Özüm bişirib, özüm çəkirəm deyə, səliqəsi də, çəkilişi də məni qane etmir. Hərdən Fəxrəddin (həyat yoldaşı - red.) deyir ki, buraları nə günə qoymusan. Daha arvadam da...

Prodüserim deyir ki, fotosessiya etdirmək lazımdır. Sual verirəm ki, mahnı lazım deyil? Yaxın dostum deyir ki, qəşəng paltar geyin, şəkil çəkdir. Mahnı maraqlı deyil".

Xatirə geyimlərini satması məsələsinə də aydınlıq gətirib:

"Qarderobuma yerləşməyən paltarları satıram. Rəfiqəm deyir ki, evdəki paltarları dağıtsan, sənə daha çox pul gələcək, hədiyyələr veriləcək. Bunu etməyənə qədər gəlməyəcək. Əvvəl heyfim gəlirdi ki, pul vermişəm. Amma başladım onları satmağa, gördüm ki, düz deyirmiş. Geyimlərdən gələn pullardan xəbərim yoxdur. Heç onların qiymətini bilmirəm. Demişəm ki, xeyriyyə işlərinə xərclənsin".


Etiketlər:  Həmin pullardan xəbərim yoxdur Xatirə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ