Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 21:40
Xərçəngdən əziyyət çəkən aktrisa Canan Ergüdər xəstəliklə necə mübarizə apardığını və həyatında nələrin dəyişdiyini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa övladına görə tez ölməkdən qorxduğunu bildirərək göz yaşlarına hakim ola bilməyib:
"Xəstəlikdən xəbər tutanda "Ölmək istəmirəm" - deyə, düşündüm. Övladım gözümün önünə gəldi. Hələ körpədir, necə edəcəkdim? Hələ yaşamaq istəyirəm. Ağlıma ilk gələn ölüm oldu. Onunla üz-üzə gəlmək asan deyil. Balaca uşağım var və ağlıma eqoist fikirlər gəlir. Uşağım məni xatırlamasını istəyirəm. Daha 17 il yaşasam yaxşı olar. Onun 20 yaşına qədər. Hələ etmək istədiyim işlərim var.
Canan xərçəngin ailəsində genetik olduğunu qeyd edib:
"Anam da bu prosesdən keçib. O, bu qorxunu ilk dəfə 37 yaşında yaşayıb. Qapıda valideynlərimi dinləyirdim. O zaman 11 yaşım var idi. Biz döş xərçəngindən əziyyət çəkən əmim oğlumu itirdik. Onda baş bir növü idi. O öləndə mənim indiki yaşımda idi. Bu bizi məhv etdi".
Aktrisa sağlamlığına yenidən qovuşmağa başladığını vurğulayıb:
"Oğluma demək istədiklərimi yazıram. Bunun üçün dəftər tutmuşam. Bu hadisələr baş verməmişdən əvvəl artıq bunu düşünürdüm, sadəcə işlərimlə əlaqədar təxirə salırdım. Əlində mənə aid nəyinsə olmasını istəyirdim.
Saçlarım yavaş-yavaş çoxalır, sevinirəm. Bəziləri indi xərçəngi yeni qripə bənzədib mənə təsəlli verməyə çalışır. Belə deyənlərə təpik atmağım gəlir. "Buyurun, bu yükü sizə verim" demək istəyirəm".