Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çavuşoğlu Kiyevin ''Bayraqdar''la zərbəsini şərh etdi

Çavuşoğlu Kiyevin ''Bayraqdar''la zərbəsini şərh etdi

Tarix: 31 Oktyabr 2021 11:08

Bir ölkə bizdən, başqa ölkədən silah alırsa, o silahı Türkiyə, Rusiya və ya Ukrayna silahı adlandırmaq olmaz.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı müxbirin Donbasda Türkiyə istehsalı olan PUA-nın istifadəsi ilə bağlı sualına cavabında deyib.

"Əgər bir ölkə bizdən silah alırsa, o artıq Türkiyənin deyil. Ola bilsin ki, Türkiyədə istehsal olunub, ancaq Ukraynaya məxsusdur. Bunun üçün Türkiyəni qınamaq olmaz", - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, Ukrayna ordusunun Donbasda "Bayraqdar"dan ilk dəfə istifadə edərək, haubitsanı məhv etməsi Rusiyanın ciddi etirazına səbəb olub.


Etiketlər:  Çavuşoğlu Kiyevin Bayraqdarla zərbəsini şərh etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ