Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zərgərlik məmulatları ilə bağlı rüsumlar 50 faiz artırılır

Zərgərlik məmulatları ilə bağlı rüsumlar 50 faiz artırılır

Tarix: 1 Noyabr 2021 12:06

Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri artırılır.

Sonxeber.net xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunun 27-1-ci maddəsində əks olunub. Belə ki, qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması 1 məmulat üçün 2 manatdan 3 manata, qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün) 2 manatdan 3 manata,  

- qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün) - 20  qəpikdən 50 qəpiyə, 

- qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün) - 6 manatdan 10 manata, ad damğasının ilk dəfə qeydiyyata alınması üçün  rüsum 4 manatdan 10 manata;

- hər il yenidən qeydiyyata alınması üçün - 2  manatdan 5 manata qədər artırılır.

Layihəyə təklif edilən dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.


Etiketlər:  Zərgərlik məmulatları ilə bağlı rüsumlar faiz artırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ