Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 03:35
Aktrisa Pərvin Abıyeva açıqlaması ilə yenidən gündəmə gəlib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, serial və kino ulduzu "Fəlidən doğru xəbər" proqramına qonaq olarkən aylıq xərcləri barədə danışıb.
Pərvin aparıcı Fəlakətin "Aylıq xərcin nə qədərdir? Min manat?", - sualına aktrisa "Minin üstünə 10-15 qat gəl",- cavabını verib.
Bundan əlavə, Abıyeva şəxsi həyatı haqqında da danışıb:
"Hamıdan uzaqlaşmışam. Məsafəli şəkildə yaşayıram. Həm İstanbulda, həm də Bakıda qalıram. Orada da, burada da işlərim var. Sevgilim də yoxdur, subayçılıqdır".