Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İqtisad Universitetində 2 qrup distant təhsilə keçib

İqtisad Universitetində 2 qrup distant təhsilə keçib

Tarix: 2 Noyabr 2021 12:12

Azərbaycan Dövlət İqtisad Universitetində 2 qrup distant təhsilə keçib.

Bu barədə Milli.Az-a universitetin mətbuat katibi Elnarə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, təxminən 20-yə yaxın tələbədə yoluxma halı qeydə alınıb:

"Yoluxma halı baş verən tələbələrlə bağlı Epidemioloji mərkəzə məlumat göndərilir. 2 qrup 1 həftədir ki, onlayn təhsilə keçib".

Qeyd edək ki, ali təhsil müəssisələrində ənənəvi tədris sentyabrın 29-da başlayıb. Yaşı 18-dən yuxarı olan tələbələrdən universitet binasına daxil olarkən vaksin pasportu və ya immunitet sertifikatı tələb edilir.

Milli.Az


Etiketlər:  İqtisad Universitetində 2 qrup distant təhsilə keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ