Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənni hər şeydə anasını günahlandırdı

Müğənni hər şeydə anasını günahlandırdı

Tarix: 4 Noyabr 2021 01:18

Müğənni Britni Spirs atası Ceymi Spirsin qəyyumluğundan çıxması üçün apardığı mübarizədə anasını yanında olmamaqda günahlandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, illərdir davam edən məhkəmə işinin yeni təfərrüatları ortaya çıxıb. İfaçı ötən gün instaqram hesabında yeni paylaşım edib. O, 13 il boyunca həyatına təkcə atasının deyil, anası Linnin də müdaxilə etdiyini açıqlayıb. Britni daha sonra həmin paylaşımı silib.

O, sildiyi paylaşımda anasının həmişə bu hekayənin kölgəsində qalmağa üstünlük versə də, ilk gündən qəyyumluqla birbaşa bağlı olduğunu bildirib:

"Dünyanın ən təhlükəli heyvanı səssiz gülən qadındır. Bəli, atam 13 il əvvəl mənə qəyyumluq etməyə başlayıb, amma çoxları bilmir ki, ona bu fikri anam verib. Həmin illəri geri qaytara bilməyəcəyəm... Həyatımı gizlincə məhv etdi".

Britni Ceymini idarə edənin, ona ağıl verənlərin anası Linn və həyatının digər sahələrinə nəzarət edən biznes meneceri Lou Taylorın olduğunu açıqlayıb.

Milli.Az


Etiketlər:  Müğənni hər şeydə anasını günahlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ