Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda dekabrda yeni dalğa başlayacaq - Həkimdən XƏBƏRDARLIQ

Azərbaycanda dekabrda yeni dalğa başlayacaq - Həkimdən XƏBƏRDARLIQ

Tarix: 4 Noyabr 2021 19:54

Azərbaycanda koronavirusa yoluxanların sayı 2 min civarında olduğu üçün yenidən karantin qaydalarının sərtləşdirilməsi məsələsi müzakirə olunur. Yoluxma sayının indikindən iki dəfə çox olması sərt karantinin yenidən tətbiq olunacağı ehtimalını yaradır.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, mövcud məsələyə həkim Vasif İsmayıl münasibət bildirib. "ARB24"də yayımlanan "Peşəkar mübahisə" verilişində qonaq olan həkim deyib ki, bu məsələdə aktiv xəstə sayına diqqət etmək lazımdır:

"Göründü ki, Azərbaycan səhiyyə sistemi 60 min insana qulluq edə bilir. Amma yaxşı olardı ki, bu rəqəm 35-40 minin üzərinə çıxmasın. Bu olmadığı təqdirdə digər xəstəxanalar da bağlanır.

Əgər rəqəmlər 35-40 min arasında olarsa, ciddi bir sarsıntıya səbəb olmur. Rəqəmlər 60 mindən yuxarı olarsa, ciddi problemlərlə üzləşəcəyik.

Azərbaycanda dördüncü dalğa artıq bitmiş olmalı idi. Amma bitmədi. Dekabrda bunun yenisi başlayacaq".


Etiketlər:  Azərbaycanda dekabrda yeni dalğa başlayacaq Həkimdən XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ