Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2019 00:40
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə yaxın günlərdə telefon danışığı zamanı Suriyanın şimal-qərbindəki vəziyyəti müzakirə etmək niyyətində olduğunu söyləyib.
Trend-in məlumatına görə, bunu Türkiyə lideri bu gün Ədalət və İnkişaf Partiyasının qurulmasının 18-ci il dönümünə həsr olunmuş mərasimdə deyib.
Ərdoğan əlavə edib ki, Türkiyənin cənub sərhədi boyunca Suriyanın şimalında "sülh zonası" yaratmaq niyyətindədir.
Qeyd edək ki, avqustun 23-də Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti ilə telefon danışığı zamanı Suriya Konstitusiya Komitəsinin yaradılması və fəaliyyətə başlamasını müzakirə etdiyini bildirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin