Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

Tarix: 5 Noyabr 2021 20:42

Noyabrın 4-də polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Milli.Az


Etiketlər:  Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ