Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vyanada pandemiya ilə əlaqədar məhdudiyyətlər sərtləşdiriləcək

Vyanada pandemiya ilə əlaqədar məhdudiyyətlər sərtləşdiriləcək

Tarix: 5 Noyabr 2021 22:02

Avstriyada koronavirusa yoluxma hallarının artmasını (gündəlik 6500-7000 yoluxma) nəzərə alaraq, Vyana bələdiyyəsi bütün ölkə üzrə tətbiq edilən qaydalardan əlavə məhdudiyyətləri nəzərdən keçirir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Vyana şəhərinin meri Mixael Ludviq vəziyyətin gərginləşəcəyini gözləməyəcəklərini bildirib. Onun sözlərinə görə, Avstriyada ilk dəfə Vyanada valideynlərin arzusu əsasında 5-12 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd oluna biləcəklər. Hazırda bu istiqamətdə xüsusi fəaliyyət proqramının hazırlandığını bildirən mer bu yaş qrupundakı uşaqlar üçün rəsmi lisenziya prosesindən keçməmiş (off-label) peyvəndlərin təklif ediləcəyini bildirib.

Merin sözlərinə görə, paytaxt Vyanada qapalı məkanlara giriş yalnız peyvənd olunmuş və xəstəliyi keçirdiyinə dair arayışı olan şəxslərə mümkün ola biləcək. Gələn həftənin sonunda bu məhdudiyyət tətbiq ediləcək və həmin vaxtdan etibarən testlə qastronomiya və ictimai-iaşə obyektlərinə giriş qadağan ediləcək.

M.Ludviq, eyni zamanda peyvəndin üçüncü dozası ilə bağlı şəhərdə təbliğat kampaniyasının gücləndiriləcəyini ifadə edib.

Milli.Az


Etiketlər:  Vyanada pandemiya ilə əlaqədar məhdudiyyətlər sərtləşdiriləcək


RƏYLƏR