Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 08:20
"Həbsxanada aclıq aksiyası keçirdiyini iddia edən eks-prezident Mixail Saakaşvili sıyıq yeyir, təbii şirələr içir".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "Rustavi-2" kanalına müsahibəsində Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
"Saakaşvili həbsxanaya girəndən dərhal sonra bank kartı alıb. Bu, iki gün ərzində baş vermişdi. O, əvvəlcə müəyyən məhsullar aldı, sonra onlardan imtina etdi. Sonra bir qədər vaxt keçdi, öz arzusu ilə sıyıq və təbii şirələr qəbul etdi. Həkimlərin yazdığı dərmanları da qəbul edir", - deyə nazir bildirib.
Breqadze əlavə edib ki, Saakaşvili hazırda özünü yaxşı hiss edir və bütün həyati göstəriciləri normadadır. O, keçmiş liderin xəstəxanaya yerləşdirilməsi məsələsinə də toxunub və qeyd edib ki, onun təhlükəsizliyi mülki xəstəxanadansa həbsxana xəstəxanasında daha yaxşı təmin olunacaq.