Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Murad Əməkdar artistin fikirlərini tənqid etdi

Murad Əməkdar artistin fikirlərini tənqid etdi

Tarix: 6 Noyabr 2021 10:20

Əməkdar artist Gülbahar Şükürlünün boşanmanı pisləməsi ilə bağlı sözlərinə müğənni Murad Arifdən reaksiya gəlib.

Sonxeber.net xəbər verir ki, Murad Axşam.az-ın instaqram səhifəsində paylaşılan yazıya bunları qeyd edib:

"Uğursuz nikahların travması boşanma travmasından daha böyükdür... Aqressiv mühit cəmiyyətə sağlam şəxsiyyət yetirə bilməz...".

Qeyd edək ki, G.Şükürlü "Əvvəl deyirdilər ki, qızın meyidi getdiyi evdən çıxsın, amma qayıtmasın. Qızlar bu sözü pisləyirdi. Ana nə etsin? Anadır, hər valideyn istəyir övladının xoş gününü görsün. Demir ki, səni öldürsünlər. Boşanmaq olmaz. Boşanmaq bizim mentalitetdə yoxdur, olmamalıdır. Övladlar travma alır. Sizin bir boşanmanız da övladlara pis gəlir" sözlərini söyləyib.


Etiketlər:  Murad Əməkdar artistin fikirlərini tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ