Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bazel''in baş məşqçisi: ''Qarabağ''ın daha çox xal itirəcəyini düşünmürəm''

''Bazel''in baş məşqçisi: ''Qarabağ''ın daha çox xal itirəcəyini düşünmürəm''

Tarix: 8 Noyabr 2021 11:28

"Qalib gəlsəydik belə, yenə növbəti görüşdə mütləq qələbə qazanmalı idik. Yəni, bu nəticə heç nəyi dəyişməyəcək".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen Kiprdə "Omoniya" ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunu barədə "Telebasel" nəşrinə açıqlamasında deyib.

52 yaşlı mütəxəssis V turda "Kayrat"la Qazaxıstandakı görüşdə 3 xala ehtiyaclarının olduğunu bildirib: "Çünki "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm. Biz öz oyunumuza baxmalıyıq. Hələlik qrup lideri olmaq şansımız var".

Qeyd edək ki, 4 oyundan sonra "Qarabağ" 10 xalla H qrupunda liderdir. "Bazel" 8 xalla ikinci pillədə qərarlaşıb. Hər iki komanda UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

V turda "Omoniya"nı qəbul edəcək Ağdam təmsilçisi sonuncu - VI turda "Bazel"in qonağı olacaq.


Etiketlər:  Bazelin baş məşqçisi Qarabağın daha çox itirəcəyini düşünmürəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ